Şamil Ayrım: Müşahidələrimiz seçkilərin çox şəffaf keçirildiyini deməyə əsas verir
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədən gələn həmkarlarımla birlikdə indiyədək 10 seçki məntəqəsində olmuşuq. Müşahidə etdik ki, Azərbaycan vətəndaşları çox sərbəst və fəal şəkildə səs verirlər. Seçicilər adlarını siyahıda rahatlıqla tapa bilirlər. Səsvermə kabinələri səliqəli şəkildə düzülüb. Hər kəsin istədiyi namizədə səs verməsi üçün əlverişli şərait yaradılıb.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri, prezident seçkilərini izləmək üçün Azərbaycanda səfərdə olan Şamil Ayrım səsləndirib.
Türkiyənin millət vəkili qeyd edib ki, müşahidələri seçkilərin çox şəffaf keçirildiyini deməyə əsas verir.
“Hər hansı qayda pozuntusuna rast gəlməmişik. İnanırıq ki, seçkilər uğurla keçəcək və Azərbaycan Cənubi Qafqazın parlayan ulduzu olmaqda davam edəcək”, - deyə Şamil Ayrım vurğulayıb.
Oxşar xəbərlər
“EY İlin İş Adamı” müsabiqəsinin mükafatçısı Zaur Darabzadə: “Fürsətlər öz-özünə yaranmır, onları yaradan bizik” - FOTO
“EY Azərbaycan” şirkətinin ölkəmizdə təşkil etdiyi "EY İlin İş Adamı" müsabiqəsinin məqsədi əzm və dayanıqlılıq nümayiş etdirən sahibkarları qiymətləndirməkdir....