Şamaxının bir kəndinin adı dəyişdirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin Toponimiya komissiyasına Şamaxı rayonunda bir kəndin adının dəyişdirilməsi təklifi daxil olub.
BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında Toponimiya komissiyasının sədri İsa Həbibbəyli deyib.
O bildirib ki, Şamaxı Rayon İcra Hakimiyyəti həmin rayonun inzibati ərazi bölgüsünə daxil olan Saqiyan kəndinin adının dəyişdirilməsi ilə bağlı məsələ qaldırıb:
"Biz araşdırdıq, həqiqətən də kəndin adının mənşəyi barədə müxtəlif versiyalar olduğu ortaya çıxdı. Kəndin adının mənşəyi əslində bilinmir və müəyyən etmək çətindir. Ona görə də kəndin adının dəyişdirilməsi təklifinə müsbət yanaşmışıq. Toponimiya komissiyasının ayın 8-də keçiriləcək iclasında bu məsələyə baxılacaq və qərar qəbul ediləcək.
Şamaxı Rayon İcra Hakimiyyətindən eyni zamanda kəndin adının hansı adla əvəzlənməsi ilə bağlı da təklif komissiyaya daxil olub. Təklifdə kəndin "Günəşli” adlandırılması münasib hesab edilib. Coğrafi mövqeyi də kəndin belə adlandırılmasına imkan verir. Bundan əvvəlki dövrlərdə - 1994-2000-ci illərdə bir müddət bu kənd Günəşli adlandırılıb. Ayın 8-də toponimiya komissiyasının onlayn iclasında bununla bağlı qərar qəbul ediləcək".
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva modul tipli ilk xəstəxananın açılışında iştirak ediblər
Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub. BAKU.WS azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Ə...