Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 12-si saat 10:00-a olan məlumata əsasən Azərbaycanın bəzi yerlərində hava şəraiti arabir yağıntılı olub, səhər saatlarında Şahdağda qar yağıb. Bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 12 sm olub.
Düşən yağıntının miqdarı Lerikdə 23 mm, Yardımlı, Şəkidə 18 mm, Astarada 9 mm, Lənkəranda 8 mm, Göygöl, Ordubad, Kəlvəz, Gədəbəy, Şahbuz, Biləsuvar, Naxçıvan, Şərur, Daşkəsən, Beyləqan, Neftçala, Şahdağ, Tərtərdə 5 mm-dək olub.
Aprelin 11-də şimal-qərb küləyi arabir Şahdağ, Altıağacda 20 m/s, Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,8 metrə çatıb. Şəmkir, Ceyrançöl, Şəki, Qrız, Lerikdə duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16 dərəcəyədək, Naxçıvan MR-da 21 dərəcəyədək, Aran rayonlarında 22 dərəcəyədək, dağlıq rayonlarda 7-11 dərəcə isti olub.
Oxşar xəbərlər
FAKTİKİ HAVA: Xəzərdə dalğanın hündürlüyü 2.3 metrdir - YENİLƏNİB
Aprelin 11-i saat 14:00-a olan məlumata əsasən, şimal-qərb küləyi arabir Altıağacda 20 m/s, Bakıda və Abşeron yarımadasında 23-25 m/s-dək güclənib. Bu barədə BA...