Şahdağa 38 sm qar yağıb - FAKTİKİ HAVA

Şahdağa 38 sm qar yağıb - FAKTİKİ HAVA
Sosial 207

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinən BAKU.WS-ə verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxıb, arabir yağıntılı olub, Qrız, Xınalıq, Daşkəsən, Gədəbəy, Şahdağ, Sarıbaş (Qax), Ləzədə qar yağıb, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib. Səhər saatlarında Bakı şəhərinin bəzi ərazilərində qısamüddətli yağış yağıb.

Yağıntı Kürmükçay İlisuda (Qax) 3.0 mm, Əyriçay Başdaşağılda (Oğuz) 23.0 mm, Şinçay (Şəki), Ləzədə (Qusar) 15.0 mm, Şahdağda 14.0 mm, Zaqatalada 13.0 mm, Xınalıqda 10.0 mm, Kişçayda (Şəki) 9.0 mm, Balakən, Oğuz, Şəkidə 8.0 mm, Sarıbaşda (Qax) 7.0 mm, Ağdərə (Ordubad), Şahbuzda 5.0 mm, Tovuzda 4.0 mm, Sədərək, Daşkəsəndə 3.0 mm, Qrız, Qəbələdə 2.0 mm, Naxçıvan, Şərur, Göygöl, Gəncə, Şəmkir, İsmayıllı, Mingəçevir, Şirvan, Qobustan, Quba, Qusar, Xaltan, Acınohur, Bərdə, Göyçay, Salyan, Lerik, Maştağada 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 38 sm, Qrızda 8 sm təşkil edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər