Azərbaycanın bu ərazilərində qarın hündürlüyü 9 sm-ə çatıb

Azərbaycanın bu ərazilərində qarın hündürlüyü 9 sm-ə çatıb
Sosial 621

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata əsasən, aprelin 23-ü gündüzədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, əksər rayonlarda yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 50 (aylıq normanın 40 faizi), Balakəndə 44 (aylıq normanın 43 faizi), Kişçayda (Şəki) 37, Zaqatalada 34 (aylıq normanın 33 faizi), Şəkidə 31 (aylıq normanın 34 faizi), Şəmkirdə 25 (aylıq normanın 70 faizi), Oğuzda 23 , Gədəbəydə 22 (aylıq normanın 37 faizi), Daşkəsəndə 21, Göygöldə 19, Gəncədə 18 (aylıq normanın 58 faizi), Şahdağ, Tovuzda 16, Qəbələdə 15, Ağstafada 12, Mingəçevirdə 10, Naftalan, Ordubad, Şərurda 9, Xınalıqda 8, Qrız, İsmayıllıda 7, Cəfərxanda 6, Tərtər, Bərdə, Ceyrançöl, Quba, Qusar, Sabirabad, Sədərəkdə 5, Göyçay, Ağdərə (Ordubad), Şahbuzda 4, Salyan, Xaltan, Mərəzədə 3, Kürdəmir, Şamaxıda 2, Zərdab, İmişli, Neftçala, Biləsuvar, Lerik, Şabran, Altıağac, Naxçıvan, Ağdamda 1 mm, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 3, Bakı, Zabrat, Maştağada 2, Binədə 1 mm olub.

Qar örtüyünün hündürlüyü Sarıbaşda 9, Xınalıqda 5, Qrızda 3, Şahdağ, Daşkəsəndə 2, Kişçay, Gədəbəydə 1 sm-ə çatıb.

Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Balakən, Qəbələ, Şəki, Qusar, Qrız, Şamaxı, Kişçay, Sarıbaş, Xınalıq, Yardımlı, Lerikdə duman müşahidə olunub.

Şimal-qərb küləyi arabir Xınalıqda 28 m/s, Naftalanda 18 m/s, Naxçıvanda 16 m/s, Bakıda və Abşeron dəniz rayonunda 15-20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.

Temperatur iqlim norması daxilində olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 14-16, Aran rayonlarında 13-20, dağlıq rayonlarda 9 dərəcəyədək, Naxçıvan MR-da 22-27 dərəcə isti olub.

Son xəbərlər