Şagirdlərimizdən MÖHTƏŞƏM UĞUR – ABŞ-də medal qazandılar - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı şagirdlər Amerika Birləşmiş Ştatlarında keçirilən olimpiadada ölkəmizi uğurla təmsil ediblər.
BAKU.WS xəbər verir ki, 6-12 iyun tarixləri arasında “New Jersey” ştatında keçirilən Amerika mərkəzli beynəlxalq “Neo Science” olimpiadasında “Online Learning Academy” tədris mərkəzinin rəhbərliyi ilə şagirdlər üç fərqli kateqoriyada, riyaziyyat, təbiət elmləri və “coding” üzrə biliklərini sınayıblar. Dünyanın müxtəlif ölkələrindən gələn şagirdlər əldə etdikləri nəticələrə uyğun olaraq medallara layiq görülüblər.
Mərkəzin şagirdləri də bu mükafatlar içərisində öz yerlərini alıblar.
Qeyd edək ki, Abbaszadə İnci 2 bürünc, Rəhimli Cihad 1 qızıl, 1 gümüş və 1 bürünc, İsayev Ömər 1 qızıl,2 bürünc, Nadirli Fərid 2 qızıl,1 gümüş, İsayev Murad 2 gümüş medal alaraq ölkəmizi layiqli təmsil ediblər. Əlavə olaraq komandamız “Robotics” üzrədə iştirak edərək qızıl medal əldə edib.
Şagirdlərimizi təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Qalereya
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...