Şabrandakı uşaq bağçasının müdiri və təsərrüfat müdirinə intizam tənbehi verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası ilə bağlı sosial mediada yayılan məlumata əsasən, Quba-Xaçmaz Regional Təhsil İdarəsində yaradılmış komissiya tərəfindən müvafiq araşdırma aparılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, araşdırma zamanı müəyyən olunub ki, uşaqların qidalanması Nazirlər Kabinetinin 1994-cü il 09 mart tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş normalar çərçivəsində təmin olunur.
Eyni zamanda müəssisə rəhbərliyinin fəaliyyəti də yoxlanılıb, uşaqların davamiyyətinin zəif olduğu, əmək münasibətlərinin düzgün nizamlanmaması, müəssisə rəhbərinin, eləcə də tərbiyəçilərin işində müəyyən nöqsanlara yol verdikləri aşkarlanıb.
Fəaliyyətlərində yol verdikləri nöqsanlara, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə görə Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri Qədəşova Lalə Məhəmməd qızına və təsərrüfat müdiri Cavadova Rəhilə Məcnun qızına intizam tənbehi tətbiq edilib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...