Səyyad Əlizadənin vəziyyəti haqqında son MƏLUMAT
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni növ koronavirus infeksiyasına (COVİD-19) yoluxan müğənni Səyyad Əlizadənin vəziyyətində müsbət dəyişiklik yoxdur.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə müğənninin qohumu Razim Qarayev məlumat verib.
O bildirib ki, süni tənəffüs aparatına qoşulan müğənninin vəziyyəti ağırdır:
“Hələ ki, Səyyad bəyin səhhətində heç bir müsbət dəyişiklik yoxdur. Vəziyyəti ağır olaraq qalır. Həkimlər əllərindən gələni edir”
Qeyd edək ki, koronavirusa yoluxan Səyyad Əlizadə bir neçə gün öncə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib və EKMO cihazına qoşulub.
Oxşar xəbərlər
Çarəsizliyin dözülməzliyi: Ölümün bir addımlığında - Koronavirus klinikasından VİDEOREPORTAJ
İmdad diləyən səssiz baxışlar, alınan ağır nəfəs, həyat uğrunda olum, ya ölüm mübarizəsi... Süni tənəffüs aparatı ilə nəfəs alan xəstələrdən birindən “Su, nəfəs...