Seyidbəyli sakini: Biləsuvarda doğulmuşam, indi isə ata-baba yurduna gedirəm
Xocalının Seyidbəyli kəndinə yola düşən Mirsultan İbrahimov ata-baba yurduna qürurla getdiyini bildirib.
BAKU.WS xəbər verir ki, o, "Report"un Qarabağ bürosuna açıqlamasında doğma kəndlərinə yollarını açan şəhidlərin ruhu qarşısında baş əydiklərini deyib:
"Ailəmin məcburi köçkünlük dövründə, 1998-ci ildə Biləsuvarda anadan olmuşam. Şükür, bu gün artıq ata-baba yurduna gedirik. Bizə bu yolu açan şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların adını, qəhrəmanlıq dastanlarını yaşatmaq bizim borcumuzdur. Milli Qəhrəman Mübariz İbrahimovun şərəfinə övladıma onun adını vermişəm. İnanıram ki, oğlum da ən azı onun qədər vətənpərvər olacaq".
Oxşar xəbərlər
İdmanı dayandıranda əzələlər piyə çevrilir? - Professor açıqladı
İdmanla məşğul olan insanlar arasında yayılan fikirlərdən biri də məşqlər dayandırıldıqda əzələlərin piyə çevrilməsidir. Lakin mütəxəssislər bunun elmi əsası ol...