Sərinkeşin qarşısında yatmağın FƏSADLARI

Sərinkeşin qarşısında yatmağın FƏSADLARI
Sosial 72

Yayda sərinləmək üçün alternativ variantlardan biri də ventilyatordur. Ventilyator qarşısında yatmaq sağlamlıq üçün böyük təhlükə yaradır. Xüsusilə bədən uzun müddət və birbaşa hava axınına məruz qaldıqda bu bir sıra fəadlara yol aça bilir. 

BAKU.WS xəbər verir ki, bu zərərlər əsasən aşağıdakılardan ibarətdir:

Əzələ tutulmaları (boyun, kürək, bel ağrıları)

Soyuq hava və davamlı hava axını əzələlərin spazmına və tutulmasına səbəb ola bilər. Səhər oyandıqda boyun və ya kürək ağrısı hiss edilə bilər.

Soyuqdəymə və ya qrip

Ventilyator birbaşa bədənə üfürdükdə bədənin müəyyən hissələri soyuyur, immun sisteminin zəifləməsinə və nəticədə soyuqdəymə, boğaz ağrısı və burun tutulması kimi simptomlara səbəb ola bilər.

Alergiyalar və astma

Ventilyator otaqdakı tozları, polenləri və digər allergenləri havaya qaldıra bilər. Bu da allergik reaksiyalara və ya astma simptomlarının pisləşməsinə səbəb ola bilər.

Quru dəri və selikli qişalar

Davamlı hava axını dərini və burun-boğazın selikli qişasını quruda bilər. Bu, burun qanaması, boğazda qıcıqlanma və göz quruluğu yarada bilər.

Sinüzit və baş ağrısı

Soyuq hava və uzun müddətli üfürmə baş ağrısına səbəb ola bilər.

Ventilyatorun zərərdən qorunmaq üçün onu birbaşa bədənə yox, otağın başqa bir hissəsinə yönəltmək lazımdır. Taymer funksiyasından istifadə etmək lazımdır ki, ventilyator gecənin müəyyən hissəsində sönsün. Otağın çox isti olmamasına və havasız qalmamasına diqqət etmək lazımdır. Yüngül bir örtüklə yatmaq bədənin hava axınından qorunmasına kömək edə bilər.

Son xəbərlər