Sənədsiz evlərlə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

Sənədsiz evlərlə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR
Açıqlama
Sosial 252

"Sənədsiz evlərlə bağlı iş xeyli dərəcədə intensivləşib. Hazırda konsepsiya hazırlanır, artıq yekunlaşmaq üzrədir. Konsepsiya təxminən 100 min mənzilə amnistiya nəticəsində çıxarışların verilməsinə imkan yaradacaq".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, yaxın zamanlarda həmin konsepsiya təqdim təqdim oluna və təsdiqlənə bilər:

"Bu, artıq həmin amnistiyanın reallaşması anlamına gəlir. Amnistiyanın reallaşması xeyli sayda sənədi olmayan mənzillərin çıxarış alınmasına imkan verir. Prosesin elektron və çox saədə olacağı gözlənilir.

Eyni zamanda amnistiya baxımından rüsumun da yüksək olmayacağı gözlənilir və bu artıq təhlükəli zonada yerləşməyən evlərə şamil ediləcək. İlkin rəsmi açıqlamalar ondan xəbər verir ki, mərhələli şəkildə proses davam edəcək.

Əvvəlcə 2001-ci ilədək sənədi olan mənzillərə baxılacaq. Çünki bu mənzillər üçün hazırda çıxarış almaq olmur. Həmin sənədlə vətəndaş artıq konsepsiya təsdiq olunduqdan sonra çıxarış almaq imkanına malik olacaq.

Amma elə evlər var ki, onlar neft buruqlarının yaxınlığındadır, yüksək gərginlikli elektrik xətlərinin altında və ya böyük nəqliyyat şəbəkəsinin yaxınlığında inşa edilib. Həmin evlərlə bağlı ayrıca bir qərarın veriləcəyi gözlənilir".

Orxan Hüseyn

Son xəbərlər