Sənədsiz evlərin sənədləşdirilməsi nə zaman başa çatacaq? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) sənədsiz evlərin sənədləşdirilməsi prosesinin nə zaman başa çatacağı ilə bağlı məsələyə aydınlıq gətirib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, müvafiq hüquq müəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırma işləri hazırda davam etdirilir.
Sənədsiz evlərin inventarlaşdırılması ilə bağlı vətəndaşların hər hansı idarəyə müraciət etməsinə ehtiyac yoxdur. Komissiya üzvləri bütün fərdi yaşayış evləri üzrə zəruri məlumatları yerində toplayırlar.
İnventarlaşdırma işləri başa çatdıqdan sonra aidiyyəti qurumlar tərəfindən nəticələrin təhlili aparılacaq. Təhlillər nəticəsində bu sahə üzrə qanunvericilikdə dəyişiklərlə bağlı aidiyyəti qurumlara təqdim olunması üçün təkliflərin hazırlanacağı gözlənilir.
Oxşar xəbərlər
Sənədsiz evlərin sənədləşdirilməsi prosesi niyə dayandırılıb? - AÇIQLAMA
Bir müddət öncə Azərbaycanda sənədsiz yaşayış evlərinin invertarlaşdırılmasına başlanılsa da, bu proses demək olar ki, tamamilə dayandırılıb. BAKU.WS xəbər ver...