Sənədlərini ala bilməyən tələbələrə universitetdən CAVAB - YENİLƏNİB + VİDEO

Sənədlərini ala bilməyən tələbələrə universitetdən CAVAB - YENİLƏNİB + VİDEO
Video
Sosial 145

Qərbi Kaspi Universitetindən tələbələrə köçürülmə üçün sənədlərin verilməməsi ilə bağlı iddialara cavab verilib.

Təhsil müəssisəsindən BAKU.WS-ə verilən məlumata görə, dünən bütün müraciət etmiş tələbələrə müvafiq sənədlər təqdim olunub.

“Köçürmə tələbənin müəyyən çərçivədə hüququdur, transkriptin verilməməsindən söhbət gedə bilməz, sadəcə işçilər məzuniyyətdə olduqlarından bir qədər ləngimə baş vermişdi, bu da aradan qaldırıldı.

Amma istənilən halda diqqətinizi bir məsələyə yönəltmək istərdik ki, dövlətin tələbələrin köçürülməsi ilə bağlı yaratdığı şəffaf mühitdən bəzi işbazlar öz məqsədləri üçün istifadə edirlər. Bu çirkli mexanizmə qarşı mübarizə aparılmalıdır”, - açıqlamada qeyd olunur.

***11.33

Qərbi Kaspi Universitetinin tələbələri təhsil müəssisələrini dəyişmək üçün ali məktəbdən lazım olan akademik arayışı ala bilmirlər.

Həmçinin tələbələrlə yanaşı, valideynlər də üç gündür ki, universitetin korpusları arasında get-gəldə qalıblar.

Tələbələrdən biri bildirib ki, universitet işçisi ona yazan gəncləri blok edib:

"Məzuniyyətini pozduğumuza görə bizi şikayət edəcəyini dedi".

Bəzi tələbələr isə iddia edirlər ki, universitet onlara qarşı qanunsuz tələblər irəli sürür.

Universitetdən "Xəzər Xəbərə" bildirilib ki, səslənən iddialar əsassızdır.

Ətraflı süjetdə:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər