Şəlalənin, suyun üzərində yerləşir - Dünyada heyrətə gətirən EVLƏR
Elə evlər var ki, onlar memarlığı, yerləşdiyi yer və tikilmə ideyası ilə bir çoxlarını heyrətləndirir. Bunlar bir-birindən fərqlənən qeyri-adi evlərdir və onlar müxtəlif ölkələrdə inşa edilib. Bəs görəsən bunlar hansı evlərdir və hansı ölkələrdə yerləşir?
BAKU.WS sözügedən həmin evləri təqdim edir:
Şəlalə ev
ABŞ-də yerləşən ev məşhur memar Frank Lloyd Rayt tərəfindən şəlalənin üzərində tikilib. Ev birbaşa suyun üzərindədir.
Kub evlər
Bu evlər Hollandiyanın Rotterdam şəhərində yerləşir. Bunlar 45 dərəcə bucaq altında çevrilmiş kub formasında evlərdir. İçərisində yaşamaq bir az çətin olsa da, dizayn çox unikaldır.
Yeraltı Evlər
İsveçrədə torpağın altında tikilən bu evlər təbiətlə həmahəngdir və enerji baxımından çox səmərəlidir.
Şüşə evlər
Yaponiyada yerləşən evlər demək olar ki, tamamilə şüşədən ibarətdir. Qaranlığı azdır, amma maksimum işıq alır.
Tərs Evlər
Bu evlər Almaniya və Polşada yerləşir. Burada hər şey mebel, pilləkən, hətta çilçıraq belə tərsinə yerləşdirilib. Daha çox turistlər üçün nəzərdə tutulub.
Ağac Evlər
Bunlar uşaqlıq xəyallarını xatırladan, ağacların üzərində tikilmiş lüks evlər var.
Dənizdə Üzən Evler
Niderlandda yerləşən və su üzərində üzən bu evlər daşqınlara qarşı ağıllı həll sayılır.
Oxşar xəbərlər
2025-ci ildə BAKU.WS-in Instagram səhifəsində paylaşılan postlar 1.9 milyard dəfə baxılıb
2025-ci il ərzində BAKU.WS ölkə və dünya gündəmində olan xəbərləri operativ və dəqiq şəkildə izləyicilərinə çatdırmaqda davam edib. İzləyicilərimiz dünya və öl...