Sel Hacıqabul sakinlərini çıxılmaz vəziyyətdə qoydu
18
apr
2025
08:36
Aramsız yağan leysan xarakterli yağışlar Pirsaat çayında suyun daşmasına səbəb olub.
Nəticədə, bir neçə həyətyanı sahə, nar bağları, elektrik dirəkləri su altında qalıb. Qubalı və Tağlı kəndlərində işıq və qaz təsərrüfatına ziyan dəyib.
"Vəziyyətimiz çox acınacaqlıdır. 6-7 evi sel basıb, həyət-baca suyun içindədir", - kənd sakini deyib.
Hacıqabul Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, Qubalı kəndində dağılan körpü artıq bərpa olunub: "Hazırda Pirsaat su anbarı doludur, çaydan gələn su fasilələrlə buraxılır".
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
"Yaxşı pul versələr, axşamacan burada duraram" - Çıxışı gündəm oldu
Xalq artisti Rasim Balayev bu gün İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. BAKU.WS xəbər verir ki, aktyorun bir müddət əvvəl "Ötən günlər" verilişində...