Şəkər beynin işini aktivləşdirir və yaddaşı yaxşılaşdırır - Ekspert açıqladı

Şəkər beynin işini aktivləşdirir və yaddaşı yaxşılaşdırır - Ekspert açıqladı
Sosial 41

Ağ şəkər insan orqanizminə həm müsbət, həm də mənfi təsir göstərə bilər.

BAKU.WS xəbər verir ki, bu barədə nutrisioloq Anna Dyomina "RuNews24.ru"ya açıqlamasında şəkərin təsirləri barədə danışıb.

Ekspert bildirib ki, şəkər çuğundurundan əldə olunan ağ şəkər beynin və bütün hüceyrələrin fəaliyyəti üçün vacib olan qlükozanın ən sürətli mənbəyidir:

"O, beyin fəaliyyətini aktivləşdirir, yaddaşı yaxşılaşdırır və enerji azalanda orqanizmin gücünü bərpa etməyə kömək edir. Bundan əlavə, şəkər endorfinlərin - əhvali-ruhiyyəni qaldıran və yorğunluğu müvəqqəti aradan qaldıran maddələrin - yaranmasına səbəb olur ki, bu da immuniteti gücləndirən amillərdən biridir".

Lakin nutrisioloq xəbərdarlıq edib ki, ağ şəkərin qəbulu ciddi şəkildə ölçülü olmalıdır:

"Onun həddindən artıq qəbulu qanda qlükoza səviyyəsinin kəskin dəyişməsinə, mədəaltı vəzə olan yükün artması səbəbindən şəkərli diabet riskinin yüksəlməsinə səbəb olur. Eyni zamanda, məhsulun yüksək kalorili, lakin faydalı qida maddələri baxımından kasad olması çəki artımına və çox yeməyə gətirib çıxara bilər.

Həddindən artıq şəkər qəbulu həmçinin immun sistemini zəiflədir, iltihabi prosesləri gücləndirir və bağırsaq mikroflorasının balansını pozur. Bu isə immunitetin böyük hissəsinin formalaşdığı bağırsaq sağlamlığına mənfi təsir göstərir".

Son xəbərlər