Səhiyyə Nazirliyindən SAXTA DƏRMANLARA QARŞI yeni rəqəmsal mexanizm

Səhiyyə Nazirliyindən SAXTA DƏRMANLARA QARŞI yeni rəqəmsal mexanizm
Sosial 74

"Saxta dərmanların qarşısının alınmasında müasir dövrdə ən effektiv vasitələrdən biri rəqəmsal izləmə - yəni Track & Trace sistemidir".

BAKU.WS xəbər verir ki, bunu "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" efirində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin Təqib və izləmə şöbəsinin müdiri Səid Fərzullayev deyib.

Səhiyyə Nazirliyindən SAXTA DƏRMANLARA QARŞI yeni rəqəmsal mexanizm

Onun sözlərinə görə bu sistem vasitəsilə hər bir dərman vasitəsi qutusuna unikal seriya nömrəsi verilir:

"Bu məlumat xüsusi data-matrix kodun daxilində yerləşdirilir və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təqib və İzləmə İnformasiya Sistemində qeydiyyata alınır. Dərman vasitəsi ölkədə istehsal olunduqdan və ya idxal edildikdən sonra onun dövriyyəsi bütün mərhələlər üzrə sistem vasitəsilə izlənilir. Sistemdə tanınmayan və ya düzgün qeydiyyata alınmamış kodlarla markalanmış dərman vasitələri dərhal aşkarlanır və onların dövriyyəyə buraxılmasının qarşısı alınır".

Şöbə müdiri bildirib ki, dərman vasitəsi aptekdə satıldıqda və ya tibb müəssisəsində istifadə edildikdə həmin kod sistemdə deaktiv olunur:

"Əgər eyni kod ikinci dəfə istifadə edilərsə, sistem dərhal xəbərdarlıq verir. Bu mexanizm saxta və ya təkrar dövriyyəyə buraxılmış dərman vasitələrinin operativ şəkildə aşkarlanmasına imkan yaradır. Nəticədə sistem saxta dərman vasitələrinə qarşı güclü rəqəmsal sipər rolunu oynayır. Dərman vasitələrinin hər bir qutusunun izlənməsi və hər bir satışın qeydiyyata alınması onların təhlükəsiz təminatının əsasını təşkil edir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Dəyişkən hava sağlamlığa necə təsir edir?

Dəyişkən hava sağlamlığa necə təsir edir?

Son günlər müşahidə olunan dəyişkən hava şəraiti – gün ərzində həm yağışın yağması, həm də günəşli havanın olması bir çox insanın səhhətinə mənfi təsir göstərir...

16 Sosial 23:58 24 may 2026

Son xəbərlər