Səhiyyə müəssisələrində niyə növbə xaosu yaşanır?

Növbəsini gözləyən onlarla vətəndaş tibbi xidmətdən istifadə etmək üçün saatlarla sırada qalmaq məcburiyyətində qalıb. Problem kompüter sisteminin işləməməsi ilə bağlıdır.
BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki, son zamanlar bu kimi şikayətlər artıb. Eyni hadisə bu gün Yeni Klinikada qeydə alınıb və çarəsiz vətəndaşlar günorta saatlarında geri qayıtmalı olublar.
Eyni problem 2 nömrəli şəhər klinik xəstəxanasında da baş verib. Qaynar xəttə müraciət edən vətəndaş bildirib ki, sistem işləmədiyinə görə günlərdir övladını yoxlanışdan keçirə bilmir.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, bu gün səhər saatlarında "e-Tabib" proqram təminatında normadan artıq yüklənmə səbəbindən nasazlıq yaranıb və nəticədə bir sıra tibb müəssisələrində elektron qeydiyyat sistemində qısamüddətli fasilələr müşahidə olunub.
Mövzu ilə bağlı ətraflı videomaterial təqdim edirik:
Oxşar xəbərlər
Bakı-Sumqayıt yolunda təhlükə böyüyür: Aidiyyəti qurumlar hələ də susurlar
Bakı-Sumqayıt yolunda vəziyyət təhlükəli hala çatıb. Yolun üç fərqli hissəsində ard-arda dərin çökmələr müşahidə olunur. BAKU.WS APA TV-yə istinadla xəbər verir...
