"Sea Breeze"ə tramvay xətti çəkiləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda iki yaşayış sahəsinin - Mehdiabad və "Sea Breeze" ərazilərinin metro və dəmir yoluna çıxışı yoxdur. Bu ərazilərdə isə artıq tramvay xətlərinin tətbiq olunması nəzərdə tutulub.
Bunu AYNA-nın sədri Anar Rzayev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyevə məruzəsində bildirib.
AYNA rəhbəri qeyd edib ki, "Sea Breeze"dən tramvay xətti çəkilərək Pirşağı stansiyası ilə əlaqələndiriləcək və orada bir hab yaradılacaq:
"Mehdiabad-Binəqədi istiqamətindən isə metronun "28 May" stansiyası ilə əlaqələndirməklə tramvay xəttinin çəkilməsi nəzərdə tutulub ki, sərnişinlərə xidmət göstərilə bilsin".
Oxşar xəbərlər
Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı
Dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması üzrə qiymətləndirmə çərçivəsi təqdim edilib. BAKU.WS xəbər verir ki,...