Sarayda məktəb yolu yararsız vəziyyətdə
Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 4 nömrəli tam orta ümumtəhsil məktəbinə aparan yol uzun müddətdir baxımsız vəziyyətdədir.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlərin verdiyi məlumata görə, xüsusilə yağışlı hava şəraitində yol keçilməz hala düşür, dərin palçıq sahələri yaranır və nə piyadalar, nə də nəqliyyat vasitələri üçün hərəkət mümkün olur.
Şikayətçilər bildirir ki, problem ən çox məktəblilərin gediş-gəlişinə ciddi çətinlik yaradır. Yağış yağdığı günlərdə uşaqlar palçığın içində hərəkət edə bilmir, valideynlərin bir çoxu onları məktəbə aparmaqda çətinlik çəkir, bəzən isə dərsə getməyə məcburi fasilə yaranır.
Sakinlərin sözlərinə görə, bu məsələ dəfələrlə aidiyyəti qurumların diqqətinə çatdırılsa da, indiyədək real tədbir görülməyib.
Oxşar xəbərlər
"Yaxşı balıq tutmaq olar, işə gedib-gəlməyə gəmi lazımdır" - İmişli sakinlərini çıxılmaz vəziyyətə salan yol
İmişli şəhərinin 1 200 nəfərdən çox sakini olan Hüseyn Cavid küçəsi tamamilə yararsız vəziyyətdədir. Sakinlər illərdir aidiyyəti qurumlara etdikləri müraciətlər...