Samirə Həsənovanın Ümummilli Liderlə görüşündən xatirələri - VİDEO

Samirə Həsənovanın Ümummilli Liderlə görüşündən xatirələri - VİDEO
Video
Sosial 415

3 sentyabr 2001-ci il tarixində ilk dəfə olaraq Ümummilli Lider Heydər Əliyevlə ölkəmizdə ən yüksək bal toplayan tələbələrin görüşü təşkil olunmuşdur.

Samirə Həsənova həmin görüşə dəvət olunmuş tələbələrdən biri olub.

Belə ki, S.Həsənova 2001-ci ildə 238 saylı orta məktəbi fərqlənmə ilə bitirib, 651 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur.

2005-ci ildə həmin fakültəni bitirərək yüksək nəticələrlə hüquq fakültəsinin magistr pilləsinə daxil olub, 2008-ci ildə həmin pilləni fərqlənmə ilə bitirmişdir.

İlk əmək fəaliyyətinə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsində başlamışdır.

Daha sonra əmək fəaliyyətini Ulu Öndər Heydər Əliyevin adını daşıyan Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktoru kimi davam etdirmişdir.

Hal-hazırda 259 saylı uşaq bağçasının müdiri vəzifəsində çalışır.

Son xəbərlər