Samir Şərifov: Ağdamda Aqrar şəhərciyin yaradılması məsələsi ilə əlaqədar hökumətlərə müvafiq tapşırıqlar verilib
Ağdam rayonunda Aqrar şəhərciyin yaradılması məsələsi ilə əlaqədar hökumətlərə müvafiq tapşırıqlar verilib.
BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında Baş nazirin müavini Samir Şərifov deyib.
Qeyd edək ki, Samir Şərifov Belarusun Baş nazirinin müavini Natalya Petkeviçlə Ağdama səfər edib.
O bildirib ki, verilən tapşırıqlar əsasında həm iki ölkə arasında komissiya çərçivəsində, həm də Qarabağa səfər zamanı yerində müzakirələr aparılıb:
"Görülən işlərin icra vəziyyəti ilə tanış olunub. Tapşırıqlara uyğun olaraq artıq proses başlayıb. Hazırda Belarus tərəfindən Ağdam rayonunun Qızıl Kəngərli kəndində layihələndirmə işləri aparılır. Həmin ərazidə quşçuluq təsərrüfatı, həmçinin ət və süd istehsalı müəssisələrinin qurulması planlaşdırılır.
Prezidentin xüsusi tapşırığına əsasən, Azərbaycan özünü qış ətinin istehsalı üzrə tam təmin etməlidir. Layihələndirmə işləri daha çox Belarus tərəfindən həyata keçiriləcək. Quşçuluq, ət və süd istehsalına investisiya qoyuluşu isə Azərbaycan tərəfindən təmin olunacaq".
Oxşar xəbərlər
Yaşıllıqlar məhv edilib, yerində obyekt tikilib
Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi, Buta küçəsində təxminən üç-dörd ay əvvəl tikilən obyektlə bağlı yerli sakinlər narahatlıqlarını Baku TV-yə ifadə edi...