Şamaxıda yaşayış evində güclü yanğın: "Pullarımın hamısı yandı"
Yeniliklərdən dərhal xəbərdar olun
Şamaxı şəhərində yanğın hadisəsi qeydə alınıb.
Hadisə Xınıslı yaşayış massivi, professor Mir Səlimov küçəsi, ev 5-də qeydə alınıb.
Evin ikinci mərtəbəsindən başlayan yanğın digər otaqlara keçib. Nəticədə, evin ikinci mərtəbəsi yanaraq külə dönüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb olunub.
Zərərçəkən Qasım Süleymanov bildirib ki, yanğın nəticəsində evdə olan bütün pulları yanıb.
"Birinci mərtəbədə mətbəxdə oturmuşdum. Böyük qardaşım bir az xəstədir, o çıxdı çölə dedi ki, ikinci mərtəbədə tüstü var. Baxıb gördüm ki, ikinci mərtəbədəki mətbəx yanır. Bütün əşyalarımız, hər şey yandı. Xaricdən təzə gəlmişdim, bütün pullarım hamısı orada idi. Yanğın zamanı hamısı yandı".
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Elvin Hüseynov Life FM-də: Zəfərin görünməyən tərəfi
"YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov PAŞA Həyat Sığorta şirkətinin layihəsi olan Life FM adlı podkastın 8 Noyabr – Zəfər Gününə həsr olunmuş xüsusi buraxılış...