Şamaxıda torpaq sürüşməsi olub
Şamaxı-Qonaqkənd avtomobil yolunda torpaq sürüşməsi baş verib.
BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, sürüşmə nəticəsində yolun bir neçə nöqtəsində asfalt örtüyündə çökmələr və iri çatlar əmələ gəlib.
Bəzi hissələrində hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb, yolda 3-4 metr uzunluğunda iri və xırda çatlar əmələ gəlib.
Yolun digər tərəfində isə asfalt örtüyü dağılaraq, iri qabarmalar yaranıb. Yolun bir hissəsinin uçması səbəbindən kəndə gediş-gəliş də çətinləşib.
Sakinlərin sözlərinə görə, sürüşmə hər gün davam edir.
Xatırladaq ki, sözügedən avtomobil yolu 2019-cu ildə inşa edilərək istifadəyə verilib.
Oxşar xəbərlər
Pensiya ilə bağlı ŞAD XƏBƏR - Ev almaq və biznes qurmaq mümkün ola bilər
Azərbaycanda özəl pensiya fondlarının yaradılması gözlənilir. BAKU.WS xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vü...