Şamaxıda torpaq sürüşməsi baş verib
Yeniliklərdən dərhal xəbərdar olun
Şamaxı-Qızmeydan yolunun altıncı kilometrliyində baş verən sürüşmə nəticəsində qayadan qopan iri daş parçaları yol kənarına tökülüb.
Sürüşmə asfalt örtüyünə də ciddi ziyan vurub. Sürücülərin sözlərinə görə, yol kənarına tökülən qaya parçaları hərəkətə maneə törədir:
"Adıçəkilən yolda ilk dəfə hərəkət edən, yola nabələd olan insanlar buradakı maneələrlə qarşılaşaraq idarəetməni itirə bilərlər. Təklif edərdim ki, buradan gedib-gələn sürücülər həmişə ehtiyatlı olsunlar".
19 saylı xüsusi təyinatlı yol istismar sahəsindən məsələ ilə bağlı bildirilib ki, son zamanlar yağan güclü yağışlar nəticəsində yollarda bir çox fəsadlar əmələ gəlib və bunun nəticəsində bəzi yerlərdə sürüşmələr qeydə alınıb.
Daha ətraflı Baku TV-nin materialında:
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları...
"Bakının Baş Planı 2040 çərçivəsində paytaxtda yaşıllıq sahələrinin artırılması, mövcud parkların genişləndirilməsi və yeni istirahət məkanlarının yaradılması i...