Şamaxı üçün YENİ LAYİHƏ - 1 milyon AYRILDI

Şamaxı üçün YENİ LAYİHƏ - 1 milyon AYRILDI
Sosial 160

Azərbaycanın qədim şəhərlərindən biri olan Şamaxı üçün yeni baş planın hazırlanması istiqamətində işlərə başlanılır.

BAKU.WS-in əldə etdiyi məlumata görə, bu layihəni Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirəcək.

Layihənin ehtimal olunan dəyəri 981.760,00 AZN təşkil edir. Məqsəd Şamaxı şəhərinin sosial, iqtisadi və ekoloji dayanıqlılığını təmin edən müasir şəhərsalma konsepsiyasının hazırlanmasıdır.

Yeni baş plan çərçivəsində şəhərin ərazisinin funksional bölgüsü, infrastrukturun yenilənməsi, ictimai məkanların formalaşdırılması, eləcə də yaşayış sahələrinin planlaşdırılması istiqamətində təkliflər işləniləcək. Şamaxının baş planının yenilənməsi həm tarixi irsin qorunmasına, həm də müasir şəhər inkişafı prinsiplərinin tətbiqinə imkan yaradacaq.

Oxşar xəbərlər

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Dekabrın 16-da Xaçmazın 27 kəndində qaz təchizatında fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İs...

137 Sosial 23:23 15 dekabr 2025

Son xəbərlər