Şamaxı-Qonaqkənd yolunda qorxulu vəziyyət - Sürücülər şikayət edirlər
Yeniliklərdən dərhal xəbərdar olun
Şamaxı-Qonaqkənd yolunda baş verən sürüşmə nəticəsində asfalt örtüyünün bir hissəsi dağılıb.
Sürücülər yolun digər zolağından istifadə edərək hərəkətlərini davam etdirmək məcburiyyətində qalırlar.
"Tez-tez gedib-gəldiyim yoldur. Bərbad vəziyyətdədir. Alternativ yol da yoxdur ki, istifadə edək", - deyə sürücü narazılıq bildirib.
Qeyd edək ki, ötən ilin noyabr ayından başlayan torpaq sürüşməsi öz aktivliyini qoruyur və demək olar ki, bu ərazidə hər gün sürüşmə qeydə alınır. Sonuncusu isə miqyas baxımından olduqca böyükdür.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...