Salyan, Kürdəmir, Yevlax və İsmayıllıya giriş-çıxış yalnız karantin günlərində qadağandır
Yeniliklərdən dərhal xəbərdar olun
Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarına giriş-çıxış yalnız 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək, yəni sərtləşdirilmiş xüsusi karantin günlərində qadağandır.
BAKU.WS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
K. Əliyev deyib ki, yoluxma səviyyəsinin yüksək olduğu üçün narıncı zonaya daxil edilmiş Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış isə ümumiyyətlə qadağandır: “İki günlük sərtləşdirilmiş xüsusi karantin rejimi bitəndən sonra Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarına giriş-çıxışa qadağa yoxdur, girin-çıxış sərbəst olacaq. Qadağa konkret bu iki günə aiddir. Ehtiyac olsa, hökumət bu barədə əlavə qərar verəcək. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda isə iki günlük sərtləşdirilmiş karantin rejimi bitdikdən sonra da onların inzibati ərazilərinə giriş-çıxışa qadağa karantin rejiminin sonuna, yəni iyulun 1-dək qüvvədədir”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...