Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 1-də Bakının Xəzər və Qaradağ rayonlarında, eləcə də Qazax və Gədəbəy rayonlarında qaz təchizatında fasilələr yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Xəzər rayonunda aparılacaq təmir-quraşdırma işləri, Qaradağ və Qazax rayonlarında aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması, Gədəbəydə isə magistral qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə saat 10:00-dan etibarən mavi yanacağın verilişi dayandırılacaq.
Məhdudiyyətlər paytaxtın Sahil, Qala, Buzovna qəsəbələrini və "Stansiya Qala" yaşayış sahəsini, regionlarda isə Qazaxın Daşsalahlı (2 394 abonent) və Gədəbəyin Zəhmət (534 abonent) kəndlərini əhatə edəcək. Qaz təchizatının bərpası işlər başa çatdıqdan sonra təmin ediləcək.
Oxşar xəbərlər
Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək komm...