Sakinlərin NƏZƏRİNƏ: Sabah Bakının bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar olaraq 21 may tarixində Şüvəlan qəsəbəsinin bir sıra hissəsində elektrik xətləri sifarişə əsasən açılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək qəsəbənin Mayak adlanan yaşayış ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
Gəncədə Zəfər Gününə həsr olunan konsert baş tutub
Gəncə Dövlət Filarmoniyasının binasında 8 Noyabr - Zəfər Gününün altıncı ildönümünə həsr olunan bayram konserti keçirilib. BAKU.WS xəbər verir ki, konsert proqr...