Sakinlərin NƏZƏRİNƏ: Bu gün bəzi ərazilərdə qaz olmayacaq

İmişli rayonunun 21 kəndində qaz təchizatı dayandırılacaq
BAKU.WS xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, "Otuzikilər" ölçü qovşağında quraşdırılmış mövcud daraldıcı qurğu sərfiyyata uyğun yeni daraldıcı qurğu ilə əvəz olunacaq.
Bu məqsədlə əlaqədar olaraq, 14 may saat 10:00-dan işlər yekunlaşanadək İmişli rayonunun 21 kəndində - Yuxarı Qaralar, Otuzikilər, Murğuzallı, Muradallı, Mürsəlli, Xoşçobanlı, Qaraqaşlı, Ölcələr, Nurulu, Sultanmuradlı, Qaradonlu, Çahar, Gövhərli, Məzrəli, Çaxırlı, Xubyarlı, Qızılkənd, Aranlı, Hacırüstəmli, Hacalmuradlı, Kürmahmudlu kəndlərində, həmçinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən 11 "Məcburi köçkünlər" qəsəbəsində (ümumilikdə 10 528 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.
Eyni zamanda Salyan, Neftçala və Hacıqabul rayonlarında da qaz təchizatı dayandırılacaq.
"Əhali (Şorsulu)" ölçü qovşağından qidalanan diametri 315 mm-lik PE "Şorsulu QPS-Şorsulu kənd" ortatəzyiqli yeraltı qaz kəmərində kipliyin sınağı məqsədilə bu gün saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Salyan rayonunun 11 kəndində - Marışlı, Şorsulu, Seyidlər, Boranıkənd, Qızılağac, Sarvan, Dayıkənd, Alçalı, Bəydili, Seyidsadıqlı, Quyçu kəndlərində (ümumi 4 100 abonent), həmçinin Neftçala rayonunun 11 kəndində - Qaçaq, Xolqaraqaşlı, Qırmızı, Dördlər, Xolqarabucaq, Ramazanlı, Xanməmmədli, Qazaxbərəsi, Mürsəqulu, Xoltəzəkənd, Xəzərkənd (ümumilikdə 2 610 abonent) kəndlərində "Şorsulu" QPS-dən qidalanan "Əhali (Şorsulu)" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Həmçinin Hacıqabul rayonu Pirsaat qəsəbəsini təbii qazla təmin edən diametri 160 mm-lik PE ortatəzyiqli yeraltı qaz xəttində kipliyin sınağı məqsədilə əlaqədar saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Pirsaat qəsəbəsində (232 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Oxşar xəbərlər
ETX: Rəqəmsal efir məkanında minimal kibertəhlükəsizlik tədbirləri hazırlanıb
Azərbaycanda rəqəmsal efir məkanında minimal kibertəhlükəsizlik tədbirləri və minimal tələblər hazırlanıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Elekt...
