Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Lənkəranın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
"Report"un məlumatına görə, rayonun Digah kəndində daşıyıcı qaz xəttinin su kanalından keçən 34 metrlik hissəsinin dayaqlar üzərinə qaldırılaraq küçənin kənarı ilə yenidən quraşdırılması ilə əlaqədar saat 10:00-dan işlər tamamlanana qədər Lənkəran şəhərinin A.İsmayılov, 28 May, H.Abdullayev, M.S.Ordubadi, T.İsmayılov küçələri və həmçinin Digah və Şiləvar kəndləri də daxil olmaqla ümumilikdə 2 000 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...