Sakinləri ziyana salan hadisə: "Zülmlə almışdıq, bizim günahımız nədir?!" - Baku TV

Sakinləri ziyana salan hadisə: Zülmlə almışdıq, bizim günahımız nədir?! - Baku TV
Video
Sosial 35

Masazır qəsəbəsinin Xurşidbanu Natavan küçəsində avqustun 2-si səhər saatlarında elektrik gərginliyinin 420 volta yüksəlməsi nəticəsində 15 həyət evində müxtəlif məişət avadanlıqları sıradan çıxıb.

Baku TV-nin məlumatına görə, sakinlər hadisədən sonra əraziyə baxış keçirilsə də, dəymiş zərərin qarşılanmayacağı bildirib.

"Qabyuyan maşın, mikrodalğalı soba, televizor yanıb. Bütün qonşularda vəziyyət belədir", – sakinlərdən biri bildirib.

"Mən bunları güclə, kreditlə almışam. Burada 15 həyət evi var. 15 evin hamısında bir şey yanıb. İndi bizim günahımız nədir? Heç nəyi düzəldə bilmirik. Bizim bir xahişimiz var, gəlib bir əlac etsinlər", – başqa bir sakin deyib.

Məsələ ilə bağlı "Azərişıq" ASC-dən bildirilib ki, əraziyə baxış keçirilib və sözügedən küçədə heç bir qəza halı qeydə alınmayıb:

"Vətəndaşın avadanlıqlarındakı nasazlıq mənzilin daxilində yaranan problemdən qaynaqlanıb. Bununla belə, vətəndaşa yerində texniki köməklik göstərilib və problem aradan qaldırılıb".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər