Sakinlərdən yığılan "JEK pulu" qanunidir?

Sakinlərdən yığılan JEK pulu qanunidir?
Video
Sosial 283

Paytaxtın Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsinin sakinləri Mənzil Kommunal İstismar Sahəsi, yəni "JEK"ə pul ödədiklərini, amma bu pulu niyə ödədiklərini bilmədiklərini deyirlər.

"Hər kəs öz blokunu boyayır, təmizləyir. Hər şeyi öz cibimizdən edirik", - deyə sakinlər şikayətləniblər. Zibil pulu, kirayə haqqı, xidmət, ya da başqa bir şey üçün paytaxtın bəzi məhəllələrində hələ də bu adlarla "JEK"lər vətəndaşlardan pul yığırlar.

Məsələ ilə bağlı Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən bildirilib ki, həm özəl, həm də dövlət mülkiyyətli mənzillərdə sakinlər hər kvadratmetrə görə 2 qəpik olmaqla mənzil haqqı ödəyirlər.

Bəs mənzil istismar sahələrinə bu pulu ödəmək hüquqi cəhətdən doğrudurmu?

Mütəxəssislər deyirlər ki, qanunvericiliyə görə, "JEK"lərin belə bir haqqı yoxdur. Əvvəllər bu qurumlara məxsus səlahiyyətlər hazırda bələdiyyələrə aiddir. Hüquqşünas Vüsal Hacıyevin sözlərinə görə, 2009-cu ildə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən, mənzil istismar təsərrüfatları artıq mənzil fondunun idarə olunması prosesindən hüquqi baxımdan kənarlaşdırılıb. Yəni yeni məcəllədə "mənzil istismar sahələri" anlayışı nəzərdə tutulmur.

"Yeni məcəlləyə görə, dövlət mənzil fondu müvafiq dövlət qurumları, bələdiyyə mənzil fondu bələdiyyələr, özəl mənzil fondu isə mülkiyyətçinin özü və ya onun seçimi əsasında idarəedici təşkilat tərəfindən idarə olunur", - deyə hüquqşünas bildirib.

Özəl mülkiyyət sahibi özü istəyərsə, mənzil istismar sahələri ilə müqavilə bağlayaraq onların xidmətlərindən ödənişlə istifadə edə bilər. Əks halda, hər hansı ödəniş tələb olunması qanunsuzdur.

Ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər