Binəqədidəki zibillik ərazi təmizləndi - FOTO/VİDEO - YENİLƏNİB

Binəqədidəki zibillik ərazi təmizləndi - FOTO/VİDEO - YENİLƏNİB
Video
Sosial 135

Binəqədi rayonundadakı məişət tullantıları ərazidən təmizlənib.

BAKU.WS xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Baksol yaşayış massivind yaranmış antisanitar vəziyyət polisin müşayəti ilə əraziyə cəlb olunan aidiyyatı dövlət orqanları tərəfindən aradan qaldırılıb.

BAKU.WS ərazidən olan yeni görüntüləri təqdim edir:

***13:35

Binəqədi rayonunda zibillik və üfunət qoxu sakinləri təngə gətirib.

Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə foto və məlumat daxiol olub.

Şikayətçilər bildirir ki, rayonun Baksol yasayis massivində zibil qabları yetərsiz sayda olmadığından sakinlər məişət tullantılarını yerı atmaq məcburiyyətində qalırlar.

Nəticədə həmin ərazini üfunət və pis qoxu bürüyüb.

Vətəndaşlar bununla bağlı aidiyyatı qurumlara müraciət etsələr də onların problemi öz həll yolunu tapmayıb.

BAKU.WS həmin zibillik ərazidən foto təqdim edir:

Oxşar xəbərlər

Son xəbərlər