Bu qəsəbədə zibil konteynerləri aşıb-daşır - Sakinlər şikayət edir - FOTO

Bu qəsəbədə zibil konteynerləri aşıb-daşır - Sakinlər şikayət edir - FOTO
Foto
Sosial 110

Sabunçu rayonu Ramana Şuşa qəsəbəsində zibil və tullantılar ətrafda xoşagəlməz qoxu yaradaraq sakinlərin narazılığına səbəb olub.

BAKU.WS xəbər verir ki, sözügedən ərzidə yaşayan sakinlər bu haldan narahatdırlar.

Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə foto və məlumat daxil olub.

Şikayətçilər qeyd edir ki, üfunət və zibillik onların həyatını dözülməz edib.

Qəsəbədə demək olar ki, 2-3 yerdər zibil konteynerləri var, onlar da baxımsız haldadırlar.

Qəsəbə sakinləri zibil atmaq üçün kilometrlərlə yol qət etməli olurlar. Çox yerlərdə isə ümumiyyətlə zibil qabları yoxdur. Zibil qutuları az olduğu üçün, dolub, daşır, günlərlə boşaldılmır, vətəndaşlar əlacsız qalaraq sellofan torbaları qutuların yanına qoymalı olurlar.

Xəstəlik mənbəyi olan tullantılar gəmiricilərin, sahibsiz itlərin, həşəratların məskəninə çevrilib. Zibil qutuların qapağı açıq və əzik vəziyyətdədir. Üfunət qoxusundan qəsəbədə hərəkət etmək mümkün deyil.

BAKU.WS sözügedən ərazidən fotolar təqdim edir:

Son xəbərlər