Sakinlər bahalaşma haqqında: "Nəsə almağa pulumuz çatmır" - VİDEO

Sakinlər bahalaşma haqqında: Nəsə almağa pulumuz çatmır - VİDEO
Video
Sosial 128

Son 1 ildə istehlak mallarının qiymətində müşahidə olunan bahalaşma vətəndaşların gündəlik xərclərinə təsir edib.

BAKU.WS xəbər verir ki, insanların bir çoxu əvvəl aldıqları məhsulları ya az alırlar, ya da qiyməti daha münasib olanlara üstünlük verirlər.

“Xəbər Ertəsi”nin paytaxt sakinləri arasında keçirdiyi sorğuda da respondentlər bahalaşmadan sonra xərclərinə daha çox qənaət etdiklərini deyir.

Bölgələrdə yaşayan sakinlər də eyni fikirdədir.

Satıcılar deyir ki, alıcılar daha çox gündəlik tələbat məhsullarına üstünlük verirlər.

Xüsusilə yerli və ucuz mallar daha tez satılır.

Xarici məhsullara isə tələbatın azaldığı bildirilir.

Satıcıların sözlərinə görə, artıq şirkətlər də tələbat az olan məhsulları gətirməkdə maraqlı deyillər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər