Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq
Mingəçevirin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
"Martın 18-də Mingəçevir Elektrik Şəbəkəsinin ərazisində 110/35/6 kV-luq "Şəhər" yarımstansiyasından çıxan 6 kV-luq 15 saylı "Bağlar" hava xəttində təmir və yenidənqurma işləri aparılacaq. Həmçinin köhnə dayaqlar yeni metal dayaqlarla əvəz olunacaq, sözügedən xətdən qidalanan transformator məntəqələrində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq, saat 10:00-dan 14:00-dək Mingəçevir şəhəri, Günəşli bağ massivində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Sabah hava 22 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
Azərbaycanda mayın 8-də havanın yağmurlu keçəcəyi gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşero...