Sakin Şuşanın özünəxas təbiəti barədə danışdı: "Əsas xeyirli sular buradadır"
Yeniliklərdən dərhal xəbərdar olun
"Oxuduğum məktəbdə indi nəvələrimin təhsil alması ən böyük xoşbəxtlikdir".
Bu sözləri Baku TV-yə Şuşa şəhərində yaşayan ehtiyatda olan polis polkovniki Orduxan Kərimov söyləyib.
O, Şuşada həyatın yenidən canlandığını, insanların gündəlik məşğuliyyətlərə qayıtdığını vurğulayıb.
Şəhərin təbii imkanlarına da toxunan Orduxan Kərimov Şuşanın su mənbələrinin xüsusilə keyfiyyətli olduğunu bildirib: "İnsan orqanizmi üçün ən xeyirli sular Şuşadadır, burada bulaqların suyu çox keyfiyyətlidir".
O, Şuşanın azad olunmasının böyük fədakarlıqlar bahasına başa gəldiyini qeyd edib:
"Bu zirvənin alınmasında çox qan tökülüb. Onu qorumaq üçün gənc nəsil düzgün tərbiyə olunmalıdır ki, bayraqlar bir daha yerə enməsin".
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...