ŞAD XƏBƏR - Azərbaycan avtobus istehsalına başlayır
Paytaxtımız sürətlə böyüyür, yeni sakinlərinə qucaq açır. Bu da öz növbəsində ictimai nəqliyyatla bağlı bəzi problemlərə gətirib çıxarır. İllərdir bu sahədəki əsas narazılıqlardan biri köhnəlmiş, istismar müddətini çoxdan tamamlamış avtobuslarla bağlıdır.
Bəs görəsən köhnə marşrutların yenilənməsi məqsədilə yaxın zamanda yeni avtobuslar alınacaq?
BAKU.WS-in əməkdaşı məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdi.
Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, avtobus parkının yenilənməsi prioritet vəzifələrdən biridir. Həmçinin yaxın zamanlara avtobusların yerli istehsalına başlanılacaq ki, bununla da avtobus parkında əhəmiyyətli artım olacaq:
"2025-ci ildə 12 marşrut üzrə 169 avtobus yenilənib. Dövlətin təşəbbüsünü dəstəkləyən özəl daşıyıcı şirkətlər də ekoloji cəhətdən təmiz texnologiyalardan istifadə edən müasir nəqliyyat vasitələrini alır. İlin əvvəlindən 2025-ci ildə alınması planlaşdırılan 100 yeni avtobusdan 44-ü artıq gətirilərək paytaxt marşrutlarında istismara verilib. Hazırda paytaxtda müntəzəm marşrut xətlərində rekord sayda – 2200-dən artıq avtobus istifadə olunur".
"Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə çıxarılır. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır", - deyə məlumatda qeyd olunub.
Banu Hüseynli
Oxşar xəbərlər
Uşaqlı evlərdə yeni il küknarı varsa, DİQQƏT! Valideynlər nələrə diqqət etməlidir?
Yeni il küknarı evə bayram ab-havası qatsa da, evdə azyaşlı uşaq olduqda təhlükəsizlik məsələləri ön plana çıxır. Mütəxəssislər valideynlərə yeni il ağacının bə...