Sabunçu vağzalında acınacaqlı vəziyyət - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sabunçu rayonunda yerləşən dəmiryol vağzalının qarşısı acınacaqlı vəziyyətdədir.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, məhsullarını satanlar ərazidə antisanitar vəziyyət yaradırlar.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Qurumdan oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, rayonun Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsində (dəmiryolu vağzalının qarşısı) yolun sağ kənarında kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən ticarət məntəqəsindən işçilər tərəfindən günün gec saatlarında əraziyə tullantıların atılması nəticəsində antisanitar vəziyyət yaranıb:
“Videomaterialdan da göründüyü kimi əks olunan görüntülər gecə vaxtı çəkilmiş və hər gün olduğu kimi, bu gün də səhər saat 05:00 radələrindən başlayaraq Rayon Kommunal Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən qeyd olunan ərazi tullantılardan təmizlənib. Bu kimi xoşagəlməz halların bir daha təkrarlanmaması üçün ərazinin sanitar vəziyyəti nəzarətə götürülüb”.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...