Sabirabadın şəraitsiz məktəbi - "Tualeti belə bağlıdır..."

Sabirabadın şəraitsiz məktəbi - Tualeti belə bağlıdır...
Video
Sosial 80

Sabirabad rayonunun Şəhriyar kəndində yerləşən, şəhid Məlik Məlikovun adını daşıyan tam orta məktəbdən şikayət var.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Övladı orada təhsil alan valideyn bildirir ki, bina qəzalı vəziyyətdə olmasına baxmayaraq, uşaqlar məcburi şəkildə orada təhsil almağa göndərilir. Məktəbin demək olar ki, heç bir şəraiti yoxdur:

"Binanın özü ciddi qəzalıdır. Sinif otaqlarında normal tədris üçün uyğun şərait yaradılmayıb. Bundan başqa sanitar-qovşaqlar (ayaqyolu) işlək vəziyyətdə deyil və bağlanıb".

Şikayətçilər bildirirlər ki, bu vəziyyətdə uşaqları məktəbə göndərmək məcburiyyətində qalırlar:

"Uşaqlarımız nəsə öyrənsin deyə, məcbur bu şəraitsiz məktəbə aparırıq. Məktəbin ayaqyolu belə bağlıdır, qəzalı bina içində uşaqlarımız təhlükə altındadır".

Məktəbdən kadrları təqdim edirik:

Son xəbərlər