Sabirabadda uçan körpü yenidən tikiləcək
Sabirabad rayonunun Sarxanbəyli kəndi ərazisində Aşağı Mil-Muğan kollektoru üzərində uçan körpü yenidən tikiləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, təxminən 6 minə yaxın sakinin istifadə etdiyi körpü qəzalı vəziyyətə düşdükdən sonra Sarxanbəyli kəndi ilə yanaşı, bir neçə yaşayış məntəqəsi iflic vəziyyətə düşüb.
Sakinlər avtomobillərini kollektorun bir sahilində saxlayır, digər tərəfə piyada keçməyə və ya taksi çağırmağa məcbur olurlar.
Onların sözlərinə görə, körpü uçulduqdan sonra uzun məsafə qət etmək, eləcə də vaxt baxımından böyük çətinliklər yaranıb.
Məlumata görə, körpü Aşağı Muğan Meliorasiya İdarəsinin balansında olub və 50 ildən artıq ki, istismar edilirdi. 2020-ci ildə qəzalı vəziyyətə düşdüyü üçün 2 tonluq nəqliyyat vasitələrinin hərəkətinə icazə verilirdi. Xəbərdarlıqlara baxmayaraq, ağır tonnajlı texnikanın körpüdən keçməsi sonda uçquna səbəb olub.
Ötən ilin sonlarında körpü tamamilə uçaraq yararsız hala düşüb. Hazırda körpünün yaxınlığında alternativ yolun çəkilişinə hazırlıq görülür.
Aşağı Muğan Meliorasiya İdarəsindən "Report"un yerli bürosuna bildirilib ki, yeni körpünün tikintisi ilə bağlı aidiyyəti qurumlara müraciət edilib. Mütəxəssislər tərəfindən əraziyə baxış keçirilib, aktlar tərtib olunub, smeta-layihə sənədləri hazırlanıb. Planlaşdırılıb ki, 2026-cı ildə yeni körpü tikilərək sakinlərin istifadəsinə verilsin.
Oxşar xəbərlər
Yeni həftədə şad xəbərlər alacaq beş bürc
Astroloqların proqnozlarına görə, yeni həftə bəzi bürclər üçün sevindirici xəbərlərlə yadda qalacaq. Ulduzların mövqeyi göstərir ki, bu bürclər həm şəxsi həyatl...