Sabahın hava proqnozu AÇIQLANDI

Sabahın hava proqnozu AÇIQLANDI
Sosial 118

Fevralın 24-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin tutqun olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman, səhər çiskin olacaq. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-13° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda çovğun olacaq, yollar buz bağlayacaq - YENİLƏNİB

Bakıda çovğun olacaq, yollar buz bağlayacaq - YENİLƏNİB

Bakıda və Abşeron yarımadasında yaxın iki gün ərzində güclü şimal-qərb küləyinin güclü cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Bu barədə Ekologiya və T...

9023 Sosial 14:40 13 yanvar 2022

Son xəbərlər