Sabahın hava proqnozu

Sabahın hava proqnozu
Sosial 4

Bakıda və Abşeron yarımadasında noyabrın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata əsasən, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 11-14° isti, Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi 770 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacaq.

Oxşar xəbərlər

Fevralın 7-nə hava ilə bağlı XƏBƏRDARLIQ

Fevralın 7-nə hava ilə bağlı XƏBƏRDARLIQ

Fevralın 7-nə hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, fevralın 7-də Bakıda və Abşeron yarımadasında hava...

1063 Sosial 11:53 06 fevral 2021

Son xəbərlər