Sabah yağış yağacaq, güclü külək əsəcək
10
avq
2019
14:46
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.Güclü şimal-qərb küləyi axşam bir qədər mülayimləşəcək.Havanın temperaturu yarımadada gecə 20-23° isti, gündüz 25-28° isti, Bakıda gecə 21-23° isti, gündüz 25-27° isti təşkil edəcək.Atmosfer təzyiqi 753 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70% olacaq.Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək.Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək.Avqustun 11-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.Əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti təşkil edəcək.
Oxşar xəbərlər
Sabah Bakı küləkli olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilə...