Sabah Xankəndidə tibbi aksiya keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Avtomobil Səyyar Klinikası noyabrın 27-28-də Xankəndidə tibbi aksiya keçirəcək.
BAKU.WS xəbər verir ki, məqsəd əhaliyə yerində xidmət göstərərək görmə patologiyalarının erkən mərhələlərdə dəqiq diaqnozunu qoymaq, bu patologiyaların müvafiq müalicə ilə həllinə dəstək vermək və göz sağlamlığını qorumaq üçün lazımi müayinə və müalicə tədbirlərini tətbiq etməkdir.
Məlumatda qeyd olunub ki, ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait də yaradılır.
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...