Sabah saat 09:00-dan etibarən bu 2 rayonda QAZ OLMAYACAQ

Sabah saat 09:00-dan etibarən bu 2 rayonda QAZ OLMAYACAQ
Sosial 315

Naftalan və Goranboy rayonunun bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyindən BAKU.WS-ə bildirilib ki, SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” birinci xətt yüksəktəzyiqli magistral qaz kəmərinin yeni çəkilmiş hissəsinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı, 02.05.2023-cü il tarixində saat 09:00-dan etibarən 03.05.2023-cü il tarixində işlər başa çatanadək “Goranboy”, “Naftalan”, “Goran qəsəbəsi” və “Gilan Knauf” MMC ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Naftalan şəhərinin tam olaraq, Goranboy rayonunun isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Əhalinin DİQQƏTİNƏ! 3 rayonda qaz olmayacaq

Əhalinin DİQQƏTİNƏ! 3 rayonda qaz olmayacaq

Bu gün Şamaxı, Xızı və Qobustan rayonlarının qaz təchizatında fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azə...

247 Sosial 09:23 04 aprel 2023

Son xəbərlər