Sabah mənzil verilən jurnalistlərin adları açıqlanacaq

Sabah mənzil verilən jurnalistlərin adları açıqlanacaq
Sosial 1897

Jurnalistlərə yeni tikilmiş binada mənzillər iyulun 20-də təqdim ediləcək.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli Nəsimi rayon İcra Hakimiyyətində 22 iyul - Milli Mətbuat Günü münasibətilə keçirilən tədbirdə deyib.

V.Səfərli qeyd edib ki, iyulun 19-da jurnalistlərə dəvətnamə göndəriləcək:

"Müvafiq komissiyaya 2 minə yaxın müraciət daxil olub, bu müraciətlərin hamısı ciddi şəkildə araşdırılıb. Yekunda 250-dən çox jurnalistə mənzil verilməsi qərara alınıb. Bu, cənab Prezident İlham Əliyevin jurnalistlərə hədiyyəsidir".

BAKU.WS

Oxşar xəbərlər

KİVDF-nin Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirildi - FOTO

KİVDF-nin Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirildi - FOTO

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının yeni tərkib...

887 Video 21:10 29 iyun 2017

Son xəbərlər