Ev gözləyən jurnalistlərə ŞAD XƏBƏR
Azərbaycan jurnalistləri üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda tikilən ikinci binanın istifadəyə veriləcəyi tarix məlum olub.
BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli APA-ya bildirib ki, ikinci binanın mənzilləri jurnalistlərə bu il 22 iyul - Milli Mətbuat günündə veriləcək.
Qeyd edək ki, 3 girişli, 17 mərtəbəli bina 255 mənzildən ibarətdir.
Xatırladaq ki, jurnalistlər üçün inşa edilmiş birinci bina 22 iyul 2013-cü ildə istifadəyə verilib.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda bu binaları da sökəcəklər- (ÜNVAN)
Bakının Xətai rayonu Sergey Senyuşkin küçəsi 26 və 28 ünvanlarında iki köhnə binanın sökülməsi nəzərdə tutulur. BAKU.WS xəbər verir ki, bu barədə Day.Az-a Xəta...